"Qarabağ" martın 26-da "Qalatasaray"a qarşı keçirdiyi yoldaşlıq oyunundan gələn gəlirin məbləğini açıqlayıb.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, görüşün gəlirləri 1.090.455 (Bir milyon doxsan min dörd yüz əlli beş) AZN, təxminən 12.336.000 (on iki milyon üç yüz otuz altı min) Türkiyə Lirası olmuşdur.
MÖVZU İLƏ BAĞLI:
Türkiyə və Azərbaycanın futbol çempionatları birləşərsə... – Qurban Qurbanovun təklifinə mütəxəssislərdən MÜNASİBƏT
Bu gəlirlərdən bəziləri (Türkiyədə oyunun yayım hüququndan gələn və Türkiyədən verilmiş reklam gəlirləri) Qalatasaray tərəfindən açılmış yardım hesabına köçürüləcəkdir.
Bilet satışı, meydan ətrafı reklam gəlirləri, həmçinin Azərbaycanda yayım haqqından gələn və digər gəlirlər isə qısa zamanda Türkiyədəki uyğun hesaba göndəriləcəkdir.
Rəşad Rafiqoğlu, Bizim.Media