Mahir oynadı, “Konyaspor” 1 xal qazandı

Hazırda oxunan: Mahir oynadı, “Konyaspor” 1 xal qazandı

128568

Türkiyə Super Liqasında 27-ci turun oyunları davam edir. 

Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" səfərdə autsayder "Ümraniyespor"un qonağı olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard matçda start heyətdə başlayıb. O, 67-ci dəqiqədə Endri Çekici ilə əvəzlənib.

Xallarını 35-ə yüksəldən "Konyaspor" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin