Niderland birinci divizionun 31-ci turunun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının cinah hücumçusu Ozancan Kökçünün də çıxış etdiyi “Eyndhoven” səfərdə “Maastrixt”lə qarşılaşıb və rəqibinə qalib gəlib (2:3).
Matçın 74-cü dəqiqəsində meydana daxil olan Kökçü 11 dəqiqə sonra komandasının ikinci qolunu vurub. Bu, Ozancan cari mövsümdə vurduğu 5-ci qoludur. Hazırda "Eyndhoven” 47 xalla 6-cı yerdədir.
Rəşad Rafiqoğlu, Bizim.Media