Şəhriyar Məmmədyarov Daşkənddə 6-cı yeri tutdu

Hazırda oxunan: Şəhriyar Məmmədyarov Daşkənddə 6-cı yeri tutdu

128008

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Daşkənddə keçirilən Rüstəm Kasımcanov kubokunda altıncı yeri tutub.  

Bizim.Media xəbər verir ki, son oyun günündə daha dörd tur oynanılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Şəhriyar Məmmədyarov Daşkənd turnirində mübarizəyə başladı


Şəhriyar 2004-cü il Dünya Kubokunun qalibi Rüstəm Kasımcanovla heç-heçə oynayıb, daha sonra Yorden Van Forest (Hollandiya) və Parham Maqsudlu (İran) ilə xalı yarı bölüb.

Son oyununda isə o, Şəmsiddin Vohidovla (Özbəkistan) heç-heçəyə razılaşıb. 

Beləliklə, 9 turun yekunlarına görə, Məmmədyarov 4.5 xal toplayaraq 10 iştirakçı arasında altıncı olub. Turnirin qalibi Cavohir Sindarov olub.

Özbəkistan yığmasının heyətində Olimpiya çempionu olmuş şahmatçı 6.5 xal toplayaraq, Parham Maqsudlunu (6) və komanda yoldaşı Vohidovu (5) qabaqlayıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin