Üç medal qazanan atletimizdən iki yeni rekord - FOTO

Hazırda oxunan: Üç medal qazanan atletimizdən iki yeni rekord - FOTO

127686

25 mart – 1 aprel tarixlərində Albaniyanın Dürres şəhərində keçirilən yeniyetmələr arasında ağır atletika üzrə dünya birinciliyinə davam edir.  

Bizim.Media xəbər verir ki, 60-dan çox ölkədən 322 (166 kişi + 156 qadın) atletin qatıldığı yarışda Azərbaycan atletləri də qüvvələrini sınayırlar.  

Bu gün körpücük üzərinə onlardan sonuncusu - Ravin Alməmmədov çıxıb. Qazax rayonunun “Göyəzən” Ağır Atletika Klubunun təmsilçisi 73 kq çəki dərəcəsində mübarizə aparıb. 

 Atletimiz birdən qaldırma hərəkətində 136 kiloqramı ram edib və bu hərəkətdən dünya birinciliyinin gümüş medalına sahib çıxıb.  

Ravin təkanla qaldırma hərəkətində isə 167 kiloqram ağırlığı ram edib. O, bu hərəkətdə də gümüş medal qazanıb. Alməmmədov bu çəkidə təkanla qaldırma hərəkətində türkiyəli Karaca Yaşara aid 163 kiloqramlıq Avropa rekordunu yeniləyib.  
Bununla yanaşı, 167 kiloqram ağırlığı ram etməklə atletimiz bu hərəkətin toplamında rumıniyalı Yonut Donoseyə aid 300 kiloqramlıq rekordu da geridə qoyub. Toplam 303 kq. (136+167) nəticə göstərən yekun sıralma da dünya birinciliyinin gümüş medalçısı adını qazanıb. 




Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin