"Çox istərdim ki, Azərbaycan və Türkiyə liqaları bir olsun, ortaq çempionat keçirilsin".
Bizim.Media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları xeyriyyə oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis stadiondakı möhtəşəm atmosferə görə azarkeşlərə təşəkkür edib:
"Təşkilatçılara minnətdarlığımı bildirirəm. Oyundan çox razı qaldım. Məncə, baxımlı qarşılaşma oldu. Çoxlu qol epizodları var idi. Belə oyunlar futbola sevgini daha da çoxaldır və bizə böyük təcrübə verir. İşimizə görə çox şey qazandıq. Oyunun mahiyyətini bilirik. Yardım məqsədi ilə keçirirdik. "Qalatasaray" uğurlar arzulayıram. Çox yaxşı kollektivdir, çempionatda liderdirlər".
O, İstanbul təmsilçisinin Bakıya gec gəlib tez qayıtmasına münasibət bildirib:
"İnciyəcək bir şey yoxdur. Xırda detallara görə narazılıq etmək bizə düşməz. Böyük klubdur. Onların hər saatı əhəmiyyətlidir. Bəzən biz özümüz də səfərlərdə tələsirik. Bu, ilk görüşdür. İndiyədək belə bir oyun yadıma gəlmir. Həmişə çatışmazlıqlar olur. Əsas oyunun mahiyyətini düşünməliyik. Dostlarımızdan, qardaşlarımızdan küsməyə haqqımız yoxdur. Belə bir fikir olmaması daha yaxşı olar. Onları gülə-gülə, təşəkkür edərək yola salırıq".
Bizim.Media
- A-
- A
- A+
İdman
23:12 / 26.03.2023
Qurban Qurbanov: "Çox istərdim ki, Azərbaycan və Türkiyə liqaları bir olsun, ortaq çempionat keçirilsin"
Hazırda oxunan: Qurban Qurbanov: "Çox istərdim ki, Azərbaycan və Türkiyə liqaları bir olsun, ortaq çempionat keçirilsin"
Hazırda oxunan: Qurban Qurbanov: "Çox istərdim ki, Azərbaycan və Türkiyə liqaları bir olsun, ortaq çempionat keçirilsin"
127349
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.