Azərbaycan milli komandası sabah səfərdə İsveç seçməsinin qonağı olacaq.
Bizim.Media xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Canni de Byazi açıqlama verib:
“İsveçi yaxşı analiz etmişik, hansı sistemlə oynadığını bilirik. Heyətində İbrahimoviç, Kuluşevski kimi məşhur oyunçular var. İsveçin ilk oyunda Belçikaya məğlub olması komanda üzərində təzyiq yaradıb. Reytinqdə 23-cü yerdə gedən komandaya qarşı oynayacağıq.
Təbii ki, özümüzdən çox şey asılıdır. Mən komandama güvənirəm. Həyatda nəyəsə nail olmaq istəyirsənsə, çox çalışmaq lazımdır. Şərəflə əlimizdən gələni etməyə çalışacağıq. Son matçdan dərs çıxarmalı, sabah ən yaxşı oyunumuzu göstərməliyik. Öz yolumuzla getməyə davam edəcəyik”.
Qeyd edək ki, sabah Solna şəhərindəki "Frends Arena"da keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
21:11 / 26.03.2023
De Byazi: “Son oyundan dərs çıxarmalıyıq”
Hazırda oxunan: De Byazi: “Son oyundan dərs çıxarmalıyıq”
Hazırda oxunan: De Byazi: “Son oyundan dərs çıxarmalıyıq”
127329
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.