Türkiyə “Qalatasaray”ının ulduz futbolçusu Mauro İkardi Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri xeyriyyə oyununa start heyətində çıxacaq.
Bizim.Media “Fanatik”ə istinadən xəbər verir ki, “sarı-qırmızılar”ın baş məşqçisi Okan Buruk səfərdə “Konyaspor”a 1:2 hesabı ilə uduzduqları çempionat matçında potensialından aşağı çıxış edən argentinalı hücumçuya xüsusi icazə verib.
MÖVZU İLƏ BAĞLI:
"Qarabağ" "Qalatasaray"la oyun öncəsi məşqə çıxdı - FOTO
Yenidən komanda ilə məşqlərə start verən 30 yaşlı forvard oyun praktikası qazanmaq üçün Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşmaya ilk dəqiqələrdən başlayacaq.
Qeyd edək ki, martın 26-da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Oyundan əldə olunacaq bütün gəlirlər Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə ianə olunacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media