Cengiz Ünder Ermənistanla oyundan danışdı

Hazırda oxunan: Cengiz Ünder Ermənistanla oyundan danışdı

127096

"Milli komandada olmaq mənim üçün hər zaman başqa bir həyəcandır. Komandadakı dostluq çox yaxşıdır. Hazırda hər şey qaydasındadır və biz qələbəyə köklənmişik". 

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə millisinin futbolçusu Cengin Ünder Avro-2024-ün seçmə mərhələsində Ermənistanla oyun öncəsi keçirilən mətbuat konfransında deyib. 

"Biz futbolçuyuq, sadəcə öz işimizi görmək istəyirik. Sabah oyunumuzu oynayıb ölkəmizə yaxşı nəticə ilə qayıtmaq istəyirik" - deyə o bildirib. 

O, Ermənistan millisində karyerasını başa vuran Henrik Mxitaryanla bağlı deyib: "Roma"da Henrik Mxitaryanla yaxşı dost idik. Onun burada olub-olmaması bizi maraqlandırmır. İstədiyimiz yalnız sabahkı matçda qalib gəlib Türkiyəyə xoşbəxt qayıtmaqdır". 

Biz komanda yoldaşlarımla da hər zaman danışırıq. Son Avropa çempionatından sonra bu turnirin bizim üçün nə qədər vacib olduğunu bilirik. Gündən-günə daha yaxşı komandaya çevrilirik, təcrübəmiz artır.

Bu turnirdə iştirak etməyi hədəfləyirik. Bununla bağlı baş məşqçimizlə danışmışıq. Avro-2024-ün final mərhələsinin keçiriləcəyi Almaniyada olmağı çox istəyirik". 

Qeyd edək ki, sabah keçiriləcək Ermənistan - Türkiyə oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin