Türkiyə millisinin baş məşqçisi erməni müxbirin sualına belə CAVAB VERDİ 

Hazırda oxunan: Türkiyə millisinin baş məşqçisi erməni müxbirin sualına belə CAVAB VERDİ 

127080

"FİFA reytinqinə baxanda Millətlər Liqası ilə Avropa çempionatı arasında fərqi görmək mümkündür. Bizim məqsədimiz Almaniyada keçiriləcək Avropa çempionatına getməkdir". 

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Stefan Kuntz Avro-2024-ün seçmə mərhələsində Ermənistanla oyun öncəsi keçirilən mətbuat konfransında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə millisi İrəvanda - FOTO 


"İspan futbol tərzi erməni futboluna bir az daha çox təsir etdi, lakin koronavirus müddətindən sonra baş məşqçiləri dəyişdi və komanda daha da gəncləşdi. Rəqibin Rusiya U21-də və ya "Bavariya-2"də çıxış etmiş oyunçuları var.

Ona görə də öz təhlilimi bir kənara qoyub, komandama diqqət edirəm”,-deyə baş məşqçi qeyd edib. 

Stefan Kuntz erməni müxbirin "sabah uduza bilərsiniz. Əgər belə bir şey olarsa, ölkənizə necə qayıdacaqsınız?" sualına belə cavab verib:

“Mən beynimdə o ssenarini düşünmürəm". 

O, bütün futbolçularının oynaya biləcək durumda olduğunu vurğulayıb:

"Tayyib Talha və Abdülkerim Bardakcı zədə səbəbindən heyətdən uzaqlaşdırılsa da, digər oyunçularımızın səhhəti yaxşıdır". 

Qeyd edək ki, sabah keçiriləcək Ermənistan - Türkiyə oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin