“Qarabağ”la “Qalatasaray” arasında keçiriləcək futbol üzrə yoldaşlıq görüşünə bu günədək 58 mindən çox bilet satılıb”.
Bizim.Media-ya açıqlamasında bunu “Qarabağ” futbol klubunun mətbuat katibi Gündüz Abbaszadə deyib:
MÖVZU İLƏ BAĞLI:
"Qarabağ" - "Qalatasaray" oyunu ilə əlaqədar iki ekspres marşrut təşkil edilib
“Martın 16-dan bu günədək 58 mindən çox bilet satılıb. Oyun başlayana qədər bu rəqəm bir qədər də arta bilər”.
Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və Türkiyənin “Qalatasaray” futbol klubları yoldaşlıq görüşü keçirəcəklər. Görüş saat 20:00-da başlayacaq.
Bilet satışından əldə olunacaq gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.
Sözügedən stadionun tamaşaçı tutumu isə 68 min nəfərdir.
Rüfət Sultan, Bizim.Media