Cani De Byazi: “Yaxşı komandamız var”

Hazırda oxunan: Cani De Byazi: “Yaxşı komandamız var”

126933

Azərbaycan milli komandası sabah Avro-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə Avstriyanın qonağı olacaq.  

Bizim.Media xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Canni De Byazi jurnalistlərin suallarını cavablandırıb:  

- Avstriya millisinin heyətində David Alaba və Marko Arnautoviç oynamayacaq. Bunun matça təsiri necə olacaq?  

- Avstriya yaxşı təşkilatlanmış komandadır. Son matçlarda yaxşı nəticə göstəriblər. Xüsusən də İtaliyaya qarşı. İkisi də vacib oyunçulardır. Amma Avstriyanın onlardan başqa da yaxşı futbolçuları var.  

- Bədavi Hüseynovla Mahir Emrelinin yoxluğunun təsiri necə olacaq?  

- Bu cür oyunlarda hamı hazır olmalıdır. Bizim B planımız var. Mahir Emreli bizimlə bir gün məşq etdi. Onun fiziki problemləri oldu. 10-15 gün məşq edə bilməyəcək. Qapıçımız Şahruddin Məhəmmədəliyev də zədəlidir. Onun yoxluğu bizim üçün ciddi itkidir. Sabah əsas heyətdə gənc qapıçı ola bilər.  

- Rəqib baş məşqçi bildirdi ki, Azərbaycan topla oynamağı yaxşı bacaran komandadır. Millimiz son matçlarda göstərdiyi oyunu sabah da göstərə biləcək? 

- Meydanda maksimumumuzu etməyə çalışacağıq. Rəqibin keyfiyyətli, güclü futbolçuları var. Ən əsası özünəinamdır. Son oyunlarda olduğu kimi davam edib, yaxşı nəticə qazanmaq istəyirik. 

 - Qrupu necə dəyərləndirirsiz?  

- Belçika qrupun ən güclü komandasıdır. İkinci, üçüncü isə Avstriya ilə İsveçdir. Biz dördüncü hesab olunuruq. Amma hələ heç nə bilmək olmaz. Biz sabah qəlib gələ də bilərik.  

- Sabahkı oyun üçün hansı planınız var? 

- Yaxşı komandamız var. Uzun müddətdir futbolçular bir yerdə oynayırlar, bir-birilərini başa düşürlər və mənim istədiklərimi edirlər. Əslində futbol asan oyundur, sadə oynamaq lazımdır.

Qeyri-adi heç nə yoxdur. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin