Azərbaycan boksçusu Aynur Rzayeva Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında yarımfinala yüksəlib. Çempionatda 81 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən millimizin üzvü dörddəbir finalda Selin Li-Lonu (Yeni Zelandiya) mübarizədən kənarlaşdırıb.
Bizim.Media Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, hər üç raundu xeyrinə bitirən Avropa çempionatının finalçısı yekunda 5:0 hesabı ilə qələbə qazanıb.
A.Rzayeva yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı təmin edib. O, bununla da adını Azərbaycanın qadın boks tarixinə yazdırıb. Mundiallarda indiyədək yerli idmançımız bu mərhələyədək irəliləmədiyindən A.Rzayeva ilkə imza atıb.
Həmçinin dünya çempionatlarında sonuncu dəfə 2014-cü ildə medal qazandığımızdan 9 illik uğursuz seriyaya da son qoyub.
Boksçumuz yarımfinalda qazaxıstanlı Lazzat Kunqeybayeva ilə döyüşəcək.
Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100 min, finalçısı 50 min, bürünc medalçısı 25 min dollar qazanacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:24 / 23.03.2023
Aynur Rzayeva Azərbaycan boks tarixinə düşdü - FOTO
Hazırda oxunan: Aynur Rzayeva Azərbaycan boks tarixinə düşdü - FOTO
Hazırda oxunan: Aynur Rzayeva Azərbaycan boks tarixinə düşdü - FOTO
126867
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.