Polşanın ev sahibliyi edəcəyi III Avropa Oyunları çərçivəsində şahmat yarışları keçiriləcək.
Bizim.Media xəbər verir ki, Avropa Şahmat İttifaqının məlumatına əsasən şahmat turniri iyunun 19-da olacaq.
Qaydalara əsasən 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) iştirakçı komandalar blitsdə mübarizə aparacaq. İştirakçı ölkələr Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqə əsasən seçiləcək.
Azərbaycanla yanaşı daha 7 ölkə yarışda iştirakçı olacaq.
Reqlamentə görə komandalar dairəvi sistemlə mübarizə aparacaq. İlk dörd yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
14:23 / 22.03.2023
Şahmat Avropa Oyunlarının proqramına SALINDI
Hazırda oxunan: Şahmat Avropa Oyunlarının proqramına SALINDI
Hazırda oxunan: Şahmat Avropa Oyunlarının proqramına SALINDI
126753
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.