Qapıçını vuran azarkeşə ömürlük cəza VERİLDİ

Hazırda oxunan: Qapıçını vuran azarkeşə ömürlük cəza VERİLDİ

126748

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Niderlandın PSV komandası ilə səfər oyunu zamanı İspaniyanın “Sevilya” klubunun qapıçısı Marko Dmitroviçə hücum edən azarkeşin cəzası açıqlanıb.

Bizim.Media xəbər verir ki, niderlandlı fanatın 40 il futbol matçlarına girişi qadağan edilib. Bu barədə Eyndhoven təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Sözügedən şəxsin qarşıdakı 2 il ərzində hətta klubun ev oyunlarını keçirdiyi “Filips Stadium”un yaxınlığına da buraxılmayacağı diqqətə çatdırılıb.

Araşdırmalar nəticəsində həmin azarkeşin daha öncə də xuliqanlıq etdiyi və Niderland Futbol Federasiyası tərəfindən 2026-cı ilə qədər cəzalandığı müəyyənləşib.

Lakin o, başqa bir dostunun adına alınmış biletlə “Sevilya”ya qarşı oyunu izləmək imkanı qazanıb. Xatırladaq ki, fevralın 23-də keçirilmiş bu matçda “Sevilya” rəqibini 2:0 hesabıyla məğlub etmişdi. 

Qarşılaşmanın əlavə vaxtında meydana girən azarkeş qapıçıya hücum etmişdi. Lakin Dmitroviç sayıq davranaraq həmin fanatı zərərsizləşdirə bilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin