İngiltərə Premyer Liqasında oruc tutan futbolçular üçün YENİ QAYDA 

Hazırda oxunan: İngiltərə Premyer Liqasında oruc tutan futbolçular üçün YENİ QAYDA 

126664

İngiltərə Premyer Liqasının hakimlərindən müsəlman futbolçuların Ramazan ayında yemək yeyə bilmələri üçün axşam matçlarında fasilə vermələri istənilib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. 

Belə ki, hakimlərə Federasiya tərəfindən oyunda təbii pauza vermək və oyunçulara mayelər, enerji gelləri və ya əlavələr qəbul etməklə iftar icazəsi vermək tapşırılıb.

Onlardan, həmçinin oyundan əvvəl, oyun zamanı iftar etməli ola biləcək bütün oyunçuları müəyyən etməyə çalışmaq və mümkünsə, bunun üçün təxmini vaxt barədə razılığa gəlmələri xahiş olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin