Martın 24-26-da Tbilisidə cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Üç gün davam edəcək turnirdə 62 ölkədən 400-dən çox idmançı iştirak edəcək.
Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 9 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara mötəbər yarışda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Mövlud Mirəliyev və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcək.
Yarışda ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Ölkəmizin idman şərəfini Kəramət Hüseynov, Turan Bayramov (hər ikisi 60 kq), Kamran Süleymanov (66 kq), Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Rüstəm Orucov, Elcan Hacıyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Camal Həmzətxanov (100 kq-dan yuxarı), Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Fidan Əlizadə (57 kq) qoruyacaqlar.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:55 / 21.03.2023
“Böyük dəbilqə” üçün millimizin HEYƏTİ
Hazırda oxunan: “Böyük dəbilqə” üçün millimizin HEYƏTİ
Hazırda oxunan: “Böyük dəbilqə” üçün millimizin HEYƏTİ
126589
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.