İspaniyanın "Sevilya" klubu baş məşqçisi Xorxe Sampaolini istefaya göndərəcək.
Bizim.Media xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Buna səbəb komandanın bu mövsüm uğursuz çıxış etməsidir.
Mənbənin məlumatına görə, argentinalı mütəxəssis Avropa Liqasının 1/4 finalında "Mançester Yunayted"lə oyunlardan əvvəl vəzifəsindən göndərilə bilər.
"Sevilya" İspaniya çempionatında 26 turdan sonra 28 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, Xorxe Sampaoli ötən ilin oktyabr ayında Əndəlus təmsilçisinin baş məşqçisi təyin olunmuşdu.
Bizim.Media
- A-
- A
- A+
İdman
03:27 / 21.03.2023
"Sevilya" Sampaolini istefaya göndərir
Hazırda oxunan: "Sevilya" Sampaolini istefaya göndərir
Hazırda oxunan: "Sevilya" Sampaolini istefaya göndərir
126559
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.