"Şamaxı" milli komandaların oyunları ilə əlaqədar fasilədə yoxlama matçı keçirəcək.
Bizim.Media xəbər verir ki, martın 22-də Şamaxıda hazırlığı bərpa edəcək komanda martın 25-də "Zirə" ilə Bakıda yoxlama matçı keçirəcək.
MÖVZU İLƏ BAĞLI:
“Qarabağ” “Qalatasaray”la oyun üçün “Zirə”dən bir futbolçu götürə bilər
Zirədə olacaq bu görüş saat 16:00-da başlayacaq. Matçdan sonra 1 günlük istirahət olacaq.
Martın 27-də isə debütant yenidən Şamaxıda yığışaraq hazırlığı davam etdirəcək.
Xatırladaq ki, "Şamaxı" 28-ci turda evdə "Qarabağ"la oynayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media