Azərbaycan Basketbol Liqasının 22-ci tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, turun son matçında bu gün "Olimpik Şəki" doğma meydanda "Gəncə"ni qəbul edib.
MÖVZU İLƏ BAĞLI:
"Sabah" Astarada qələbə qazandı - FOTO
Şəki Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma gəncəlilərin 94:77 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün ən məhsuldar basketbolçuları "Olimpik Şəki"dən Larri Robinson (20 xal, 8 ribaund), "Gəncə"dən isə Kollin Törner (20 xal, 8 asist) olublar.
Rəşad Rafiqoğlu, Bizim.Media