Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" bu gün Türkiyə Superliqasında növbəti oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, komanda 26-cı turda "Qalatasaray"la qarşılaşıb. Görüş "Konyaspor"un 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qalatasaray" bu matçadək 14 oyun idi ki, məğlub olmurdu.
MÖVZU İLƏ BAĞLI:
“Qarabağ”ın bu futbolçuları “Qalatasaray”la oyunda iştirak etməyəcəklər
Mahir də bu oyunun iştirakçısı olub. O, meydana start heyətində çıxıb və 79-cu dəqiqədə Oğulcan Ulqunla əvəzlənib. Mahir 15-ci dəqiqədə sarı vərəqə ilə də cəzalandırılıb.
Qeyd edək ki, "Qalatasaray" 60 xalla turnir cədvəlinin şəriksiz lideridir. "Konyaspor" isə 34 xalla 8-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, müqavilə ilə Zaqreb "Dinamo"suna məxsus olan Mahir Emreli bu qış icarə əsasında "Konyaspor"a keçib.
"Konyaspor" - "Qalatasaray" - 2:1
Qollar: Dikmen, 62, Ulqun, 90+3 - Raşika, 31
Bizim.Media