"Sabah"ın baş məşqçisi Murad Musayev xeyriyyə məqsədi ilə "Beşiktaş"la yoxlama oyunu keçirilməsi ehtimalından danışıb.
Bizim.Media xəbər verir ki, o, Misli Premyer Liqasının 27-ci turunda "Zirə"yə qalib gəldikləri matçdan (2:0) sonra açıqlamasında deyib:
“Rəhbərliklər danışıq aparır. Yəqin ki, bu görüş qarşıdakı günlərdə deyil, aprelin 20-də baş tutacaq. Hazırda bir çox oyunçularımız milliyə yollanacaq”.
Qeyd edək ki, bir müddət əvvəl "Beşiktaş"ın prezidenti Ahmet Nur Çebi yerli mətbuata açıqlamasında xeyriyyə matçı üçün Almaniya və Azərbaycan klubları ilə danışıq apardıqlarını demişdi.
Bu gün “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Qol.az-a verdiyi açıqlamada Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə yardım məqsədilə İstanbul təmsilçisi ilə aprel ayında xeyriyyə matçının keçirilməsinin nəzərdə tutulduğunu vurğulamış, danışıqları təsdiqləmişdi.
Bizim.Media
- A-
- A
- A+
İdman
03:27 / 16.03.2023
Murad Musayev "Beşiktaş"la mümkün oyundan DANIŞDI
Hazırda oxunan: Murad Musayev "Beşiktaş"la mümkün oyundan DANIŞDI
Hazırda oxunan: Murad Musayev "Beşiktaş"la mümkün oyundan DANIŞDI
125756
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.