Kişi voleybolçuların Yüksək Liqasında əsas mərhələ başa çatdı - FOTO 

Hazırda oxunan: Kişi voleybolçuların Yüksək Liqasında əsas mərhələ başa çatdı - FOTO 

125743

Bu gün Voleybol Mərkəzində təşkil olunan XII turun ilk qarşılaşması MOİK və “Neftçi” komandaları arasında olub.  

Bizim.Media xəbər verir ki, matçın qalibi tay-brekdə müəyyənləşib.  

“Neftçi” əsas mərhələdəki son matçında 3:2 hesabı ilə qələbə qazanıb.  

XII turun son oyununda isə “Xarı bülbül” və “Murov” kollektivləri üz-üzə gəliblər. Gərgin və maraqlı mübarizədə keçən matçın qalibi Şuşa komandası olub. 3:1 hesabı ilə “Murov”a qalib gələn “Xarı bülbül” əsas mərhələni qələbə ilə başa vurub.

Beləliklə, əsas mərhələnin son turundan sonra turnir cədvəlində 32 xalla “Murov” birinci, 23 xala malik “Xarı bülbül” ikinci, 15 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 2 xalla sonuncu olub.  
Qeyd edək ki, dörd dövrənin nəticələrinə görə, yarımfinal mərhələsində turnir cədvəlində birinci olan “Murov” dördüncü yerin sahibi MOİK-lə, ikinci olan “Xarı bülbül” isə üçüncü yeri tutan “Neftçi”komandası ilə qarşılaşacaq.  

Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq. Oyunların keçiriləcəyi tarix və məkan haqqında məlumat veriləcək.  

XII tur MOİK - “Neftçi” 2:3 (16:25, 25:14, 25:21, 22:25, 11:15)  

“Xarı bülbül” - “Murov” 3:1 (25:20, 21:25, 27:25, 25:23) 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin