Ümumdünya Taekvondo Federasiyasının (WTF) baş katibi Cankan Sio Bakıda səfərdə olub. WTF rəsminin paytaxtımıza gəlişində əsas məqsəd mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına hazırlıq işləri ilə yerindəcə tanışlıq və Azərbaycan Taekvondo Federasiyasının (ATF) rəhbərliyi ilə müzakirələr aparmaq olub.
ATF-dən Bizim.Media-ya bildiriblər ki, C.Sio səfər çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, ATF prezidenti Kəmaləddin Heydərov və vitse-prezident Nağı Səfərovla görüşlər keçirib. Görüşlərdə ölkəmizin ilk dəfə ev sahibliyi edəcəyi mundiala hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
Görüşlərin yekununa əsasən, dünya çempionatının keçiriləcəyi məkan dəqiqləşib. C.Sioya dünya çempionatını təşkil etməyə bir neçə arena təklif olunub. Sonda yarışın “Baku Crystal Hall”da keçirilməsinə qərar verilib.
Mundial Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq.
Əvvəlkilərdən fərqlənəcək dünya çempionatına 3000-dək qonağın gəlişi gözlənilir.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:55 / 13.03.2023
Taekvondo üzrə dünya çempionatı “Baku Crystal Hall”da keçiriləcək
Hazırda oxunan: Taekvondo üzrə dünya çempionatı “Baku Crystal Hall”da keçiriləcək
Hazırda oxunan: Taekvondo üzrə dünya çempionatı “Baku Crystal Hall”da keçiriləcək
125303
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.