30 yaşlı qolkiper La Liqada yeni rekorda imza atdı

Hazırda oxunan: 30 yaşlı qolkiper La Liqada yeni rekorda imza atdı

125301

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen La Liqada yeni rekorda imza atıb.

Bizim.Media xəbər verir ki, 30 yaşlı qolkiper cari mövsüm yerli çempionatda çıxdığı 25 oyunun 19-da qol buraxmayıb. Nəticədə o, belə nəticəyə imza atan ilk qapıçı adını qazanıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Barselona”nın qapıçısı Avropada BİRİNCİDİR


Ter Ştegen 1993-1994-cü il mövsümündə La Liqada 25 oyunun 18-də qol buraxmayan "Deportivo"nun qapıçısı Fransisko Llanyonu ötüb.

Qeyd edək ki, almaniyalı futbolçu 2014-cü ildən “Barselona”nın formasını geyinir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin