Yeniyetmə basketbolçularımız Avropa çempionatına hazırlığı davam etdirir - FOTO

Hazırda oxunan: Yeniyetmə basketbolçularımız Avropa çempionatına hazırlığı davam etdirir - FOTO

125076

10 mart tarixindən etibarən, qızlardan ibarət U-16 millimiz “Zuğulba” tədris-idman bazasında təlim-məşq toplanışına başlayıb. 

Bizim.Media xəbər verir ki, türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi qız komandamız, gündə iki dəfə olmaqla məşqlərini davam etdirir.

19 mart tarixinə qədər davam edəcək toplanışda, bir neçə yoxlama oyununun keçirilməsi də planlaşdırılır.

Qeyd edək ki, təlim-məşq toplanışı 18-23 iyul tarixlərində Andorrada baş tutacaq Avropa çempionatına hazırlıq məqsədi daşıyır.




Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin