Azərbaycan milli komandasının baş məşçisi Canni de Byazi "Turan Tovuz" - "Qəbələ" matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Bizim.Media həmin müsahibəni diqqətinizə çatdırır:
- Bu gün çox gözəl oyun oldu. Son saniyəyə kimi meydanda mübarizə gedirdi. Dünən Gəncədə də maraqlı matç izlədik. "Kəpəz"in daha çox qol imkanları oldu, çox yaxşı oynadılar. Qələbə qazana da bilərdilər. İzlədiyim hər iki görüş balanslı şəkildə keçdi.
- Bölgələrdə olan atmosfer haqda nə deyə bilərsiz?
- Cox gözəl idi. Dünən Gəncədə oyun həftəiçi idi. Düşünürəm ki, şənbə-bazar günləri matçlara daha çox azarkeş gəlir. Televiziyadan izləyəndə görmüşəm. Belə atmosferdən çox xoşum gəlir.
Azarkeş dəstəyi futbolçuları da irəliyə itələyir.
- Bakıdakı oyunları izləmək maraqlıdır, yoxsa bölgədə?
- Atmosfer baxımından bölgələrdə daha yaxşıdır. Çünki, tribunalarda çoxlu azarkeş var. Amma Bakıda keyfiyyət baxımından daha güclü komandalar oynayır. Həmin klublarda millinin daha çox oyunçuları var.
- Bu iki gün yeni kəşflər baxımından sizə nə verdi?
- Bütün matçlara baxıram. Hər oyun mənə mesaj verir. Köməkçilərimlə birlikdə hər şeyi kontrol edirik. GPS-lə bütün futbolçuları izləyirik. Bunun nəticəsində kimin hansı formada olduğunu bilirik.
- Millidə yeni adlar olacaq?
- Bir həftə sonra biləcəksiz.
- Mövsümün sonunda bir komanda Premyer Liqanı tərk edəcək. Son pillələrdə olan rəqabət haqda nə deyə bilərsiz?
- Bu, çox yaxşıdır. Çempionatı heç kim tərk etməyəndə rəqabət olmur. Təzyiqin olmağı çox yaxşıdır. Çünki, çempionatda fərqli atmosfer yaradır.
- Maksim Medvedev milliyə çağırılacaq?
- Bir həftə gözləyin.
- Mahir Emrelinin durumu sizi qane edir?
- Onunla tez-tez danışıram. Oyunlarını izləyirəm. Son matçda 58 dəqiqə oynadı. Çox da yaxşı oynamadı. Amma ilk matçı idi. Ümid edirik ki, yaxşı formada olacaq. Fiziki baxımdan hazır olması bizim üçün üstünlükdür.
- Anton Krivotsyukla Renat Dadaşovu izləyirsiz?
- Renat yaxşı formadadır. Bütün oyunlarını izləyirəm. Antonun komandası bu gün səhər oyun keçirdi, 0:0 etdilər.
- Millidə olacaqlar?
- Əlbəttə.
- Milli son 5 matçda daha cəsarətli futbol oynadı. Həmin cəsarəti növbəti oyunlarda görə biləcəyik?
- Maksimumuzu göstərməyə çalışacağıq. Uduzmaq üçün oynamırıq. Bəzən elə rəqib olur ki, bizdən güclüdür, daha motivasiyalı olurlar, topla yaxşı davranırlar.
- Qarşıdakı matçlardan gözləntiləriniz nədir?
- Hec vaxt proqnoz vermirəm. Reallığa baxmağa çalışıram. Məşqlərə başlayanda durumumuza baxacağıq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
21:08 / 11.03.2023
De Byazi millinin oyunları üçün proqnoz vermədi - \"Bir həftə gözləyin\"
Hazırda oxunan: De Byazi millinin oyunları üçün proqnoz vermədi - \"Bir həftə gözləyin\"
Hazırda oxunan: De Byazi millinin oyunları üçün proqnoz vermədi - \"Bir həftə gözləyin\"
125020
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.