Yeniyetmə basketbolçularımız Gürcüstanda hazırlıq keçir

Hazırda oxunan: Yeniyetmə basketbolçularımız Gürcüstanda hazırlıq keçir

125013

Martın 10-dan etibarən basketbol üzrə oğlanlardan ibarət U-16 millimiz Gürcüstanın Tiflis şəhərində təlim-məşq toplanışına start verib.

Bizim.Media xəbər verir ki, Tahir Baxşıyevin rəhbərliyi altında ilk yoxlama oyununu keçirən millimiz "Zaza Pachulia Academy" komandasına 88-70 hesabı ilə məğlub olub.

Təlim-məşq toplanışı 17 mart tarixinə qədər davam edəcək.

Qeyd edək ki, təlim-məşq toplanışı 19-27 iyul tarixlərində Kosovada baş tutacaq Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin