Bu mövsüm yerli liqalarda keçirdikləri oyunlarda məğlub olmayan Avropa komandalarının siyahısında dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" uduzmayan iki kollektivdən biridir.
"Köhlən atlar" son olaraq Premyer Liqanın XXV turunda səfərdə "Qəbələ"ni 3:1 hesabı ilə üstələyib. Ağdam klubu ilə yanaşı, Serbiya “Srvena Zvezda”sı da ölkə çempionatında yenilgi üzü görməyib.
Son olaraq Lüksemburqun "Svift Hesperange" komandası XIX tur qarşılaşmasında "Union Titus Petanj"a məğlub olaraq siyahıdan kənarda qalıb.
1. “Qarabağ” (25 oyun): 20 qələbə, 5 heç-heçə
2. “Srvena Zvezda” (Serbiya – 24 oyun): 21 qələbə, 3 heç-heçə.
Bizim.Media
- A-
- A
- A+
İdman
14:22 / 06.03.2023
“Qarabağ” Avropada məğlub olmayan iki komandadan biridir
Hazırda oxunan: “Qarabağ” Avropada məğlub olmayan iki komandadan biridir
Hazırda oxunan: “Qarabağ” Avropada məğlub olmayan iki komandadan biridir
124037
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.