Mahir Emrelinin baş məşqçisi istefaya göndərilir

Hazırda oxunan: Mahir Emrelinin baş məşqçisi istefaya göndərilir

124008

Milli komandamızın futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Konyaspor”un baş məşqçisi Aleksandar Stanoyeviç istefa verə bilər. 

Bizim.Media xəbər verir ki, 50 yaşlı mütəxəssis bu barədə “Giresunspor”la qolsuz heç-heçə etdikləri Superliqanın XXIV tur oyunundan sonra mətbuat konfransında açıqlama verib.

Serbiyalı məşqçi komandanın maraqları üçün lazım olan hər şeyi etməyə hazır olduğunu bildirib:

“Belə bir istək varsa, məsləhətləşib danışa bilərik. Klubun xeyri üçün lazım olanı etməyə hazıram. Əlbəttə ki, bunu da düşünə bilərəm”.
Qeyd edək ki, Konya təmsilçisi çempionatda ardıcıl 5 oyundur qələbə qazana bilmir. Bunların 4-də məğlubiyyətlə üzləşən komanda hazırda 28 xalla 9-cu pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin