Dünya idman ictimaiyyətinin diqqəti bazar günü ABŞ-ın Ostin şəhərində keçirilən WTA-250 yarışına yönəlmişdi.
Bizim.Media xəbər verir ki, qadınlar arasında tennis turnirinin finalında ukraynalı Marta Kostyukla rusiyalı Varvara Qraçyova arasındakı oyun gərgin mübarizə vəd edirdi. 1 saat 31 dəqiqə davam edən görüşdə ukraynalı raketka ustası rəqibini üstələməyi bacarıb.
MÖVZU İLƏ BAĞLI:
Şahmatçılarımız Malayziya yığmasına qalib gəldi
İlk set daha gərgin mübarizə şəraitində keçib – 7:5. İkinci setdə Kostyuk daha inamlı təsir bağışlayaraq (6:3) turnirin qalibi olub.
Beləliklə, Marta karyerasında ilk dəfə WTA turnirində çempionluq sevinci yaşayıb.
Xatırladaq ki, turnirin mükafat fondu 259 min dollar idi.
Rəşad Rafiqoğlu, Bizim.Media