Braziliyanın “Qremio”sunun futbolçusu Luis Suares PSJ-nin hücumçusu Neymar haqda danışıb.
Bizim.Media "Placar"a istinadən xəbər verir ki, o deyib ki, braziliyalı oyunçu "Barselona"da qalsaydı, "Qızıl top"u qazanacaqdı:
“Bunu açıq şəkildə söyləyirəm və bütün məsuliyyəti dərk edirəm. Neymar "Barselona"da qalsaydı, "Qızıl top"u qazanacaqdı. Bu mənim fikrimdir”.
Qeyd edək ki, Neymar 2017-ci ilin yayında "Barselona"dan ayrılıb. Braziliyalı hücumçu 222 milyon avroya PSJ-yə keçərək tarixin ən bahalı oyunçusu olub.
31 yaşlı Neymar karyerası ərzində heç vaxt “Qızıl top”u qazanmayıb. Onun PSJ ilə müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir. Suares və Neymar "Barselona"da sabiq komanda yoldaşı olublar.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:25 / 04.03.2023
"Neymar "Barselona"da qalsaydı, "Qızıl top"u qazanacaqdı"
Hazırda oxunan: "Neymar "Barselona"da qalsaydı, "Qızıl top"u qazanacaqdı"
Hazırda oxunan: "Neymar "Barselona"da qalsaydı, "Qızıl top"u qazanacaqdı"
123803
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.