Böyük Dəbilqə: Daha iki cüdoçumuz mübarizəni dayandırdı

Hazırda oxunan: Böyük Dəbilqə: Daha iki cüdoçumuz mübarizəni dayandırdı

123758

Bu gün Azərbaycanın daha iki cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqədə mübarizə aparıb. 

Bizim.Media xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Nəriman Mirzəyev 1/16 final mərhələsində Tacikistan təmsilçisi Bahruzi Xocazoda ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb.  

Eyni çəkidəki Rəşid Məmmədəliyev yerli idmançı Şaxram Ahadovla güləşib. Təəssüf ki, bu qarşılaşma da cüdoçumuz uğurlu olmayıb və o, yarışda mübarizəni dayandırıb. Qeyd edək ki, daha əvvəl 60 kq-dakı Əhməd Yusifov bürünc medal qazanıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin