Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Bizim.Media PFL-in saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının 24-cü turunda keçirilən oyunlarla bağlı qərarlar verilib.
“Turan Tovuz” – “Zirə” oyununda “Zirə”nin 4 oyunçusu, “Sumqayıt” – “Kəpəz” oyununda “Kəpəz”in 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün bu klubların hər biri 800 manat məbləğində cərimə edilib.
“Şamaxı” – “Sabah” oyunundan sonra “Sabah”ın rəsmi şəxsləri ilə oyunun 1-ci köməkçi hakimi arasında mübahisə yaşandığına görə klub 3200 manat cərimə edilib.
“Qarabağ” – “Neftçi” oyununda “Qarabağ”ın azarkeşləri kütləvi təhqiramiz ifadələr işlətdiyinə görə “Qarabağ” klubu 4000 manat cərimə edilib. “Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili azarkeşlərə tərəf kənar əşya atdığına görə oyunçu 3 oyun cəzalandırılıb. Oyun cəzası şərti olaraq tətbiq ediləcək. Şərti cəzaya görə sınaq müddəti 3 (üç) ay müəyyən olunur. Klub 2400 manat cərimə edilib.
“Neftçi”nin azarkeşləri pirotexnikadan istifadə etdiyinə görə “Neftçi” klubu 800 manat, azarkeşlər tərəfindən meydançaya kənar əşyaların atılmasına görə isə 1600 manat cərimə edilib. Həmçinin “Neftçi”nin azarkeşləri tərəfindən kütləvi təhqiramiz ifadələrin işlənməsinə görə klub 4000 manat cərimə edilib. “Neftçi” klubunun azarkeşlərinin oturacaqları sındırması və süni örtüyə ziyan vurmasına görə dəymiş ziyan “Neftçi” klubu tərəfindən ödəniləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
16:18 / 03.03.2023
AFFA-dan “Qarabağ”ın qapıçısına 3 oyunluq CƏZA
Hazırda oxunan: AFFA-dan “Qarabağ”ın qapıçısına 3 oyunluq CƏZA
Hazırda oxunan: AFFA-dan “Qarabağ”ın qapıçısına 3 oyunluq CƏZA
123637
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.