Nikita Naqornı Rusiya İdman Gimnastika Federasiyasının da Şahmat Federasiyası kimi Asiyaya keçə biləcəyi ilə bağlı məsələlərə münasibətini bildirib.
Bizim.Media xəbər verir ki, Tokio Olimpiadasının qalibi, 3 qat dünya və 6 qat Avropa çempionu belə bir variantın olduğunu deyib:
“Bəli, belə bir qərar gözləyirik. İdmançıların formada qalması üçün bu, çox yaxşı addımdır. Rusiya ilə yanaşı, Çin və Yaponiya da idman gimnastikasının lideridir. Həmişə beynəlxalq yarışlarda onlarla mübarizə aparmışıq. Ümid edirəm ki, bu proses yenə də davam edəcək”.
Xatırladaq ki, Asiya Şahmat Federasiyası fevralın 28-də Rusiya Şahmat Federasiyasının onların tərkibinə qatılması ilə bağlı sorğusunu müsbət cavablandırıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
00:39 / 03.03.2023
Rusiya gimnastları da Asiya yarışlarında çıxış edəcək
Hazırda oxunan: Rusiya gimnastları da Asiya yarışlarında çıxış edəcək
Hazırda oxunan: Rusiya gimnastları da Asiya yarışlarında çıxış edəcək
123506
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.