Üzgüçülük üzrə Azərbaycan yığma komandası Mingəçevir Kür Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçir.
Bizim.Media xəbər verir ki, fevralın 16-dan başlayan hazırlıqlarda 24 üzgüçü və 4 məşqçi iştirak edir. Komanda gündə iki dəfə olmaqla məşqləri davam etdirirlər.
Yığma komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov federasiyanın rəsmi saytına verdiyi məlumata görə, əsas komandaya cəlb olunan üzgüçülər martın 10-11-də Bakı Su İdman Sarayında test yarışları təşkil olunacaq.
Bu yoxlama yarışları yekunlaşdıqdan sonra milli komandanın əsas və ehtiyat üzvləri müəyyənləşəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media