Azərbaycan karateçiləri Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Youth League turnirinin son günündə daha iki medal qazanıblar.
Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, 14 yaşadək uşaqlar arasında Əfqan Tarverdi (45 kq) və Zeynəb Nəbiyeva (52 kq) fəxri kürsüyə qalxıblar. Tarverdi qızıl, Nəbiyeva isə gümüş mükafata layiq görülüb.
Qeyd edək ki, dörd gün davam edən nüfuzlu turniri Azərbaycan yığması 6 medalla başa vurub.
Əvvəlki günlərdə Amin Yadigarlı (55 kq, 16-17 yaşlı gənclər) birinci, Nicat Kərimli (75 kq, 21 yaşadək gənclər) və Rumil Cəfərli (76 kq, 16-17 yaşlı gənclər) ikinci, Raul Səfərəliyev (63 kq, 14-15 yaşlı yeniyetmələr) isə üçüncü yeri tutublar.
Bizim.Media