Bu gün Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, qapanış matçında əzəli rəqiblər “Qarabağ” və “Neftçi” birincilərin meydanında üz-üzə gələcəklər.
Avrokuboklarla vidalaşan “Qarabağ”da ötən həftəiçi Belçika klubu “Gent”lə oyunun heyətində rotasiyalar gözlənilir.
“Sabah”ın ardıcıl ikinci matçda büdrəməsi bugünkü qarşılaşmanın önəmini daha da artırır. Ağdamlılar qalib gəlməklə xal fərqini 11-ə yüksəldə və liderliyini daha da möhkəmlədə bilərlər.
“Neftçi” üçün isə qələbə ikiqat vacibdir. “Ağ-qaralar” həm ikinci pillədəki “Sabah”la aradakı xal fərqini 2-yə endirməyə, həm də “Qarabağ”la matçlardakı uğursuz seriyaya son qoymağa çalışacaqlar. Bu komandaların çempionatdakı son 6 duelindən Qurban Qurbanovun kollektivi qalib ayrılıb. “Neftçi” axırıncı dəfə 2021-ci ilin mayında – iki il əvvəl əzəli rəqibini məğlub etməyi bacarıb.
“Qarabağ” hazırda 61 xalla turnir cədvəlinə başçılıq edirsə, üçüncü pillədəki “Neftçi”nin aktivində 48 xal var.
Qeyd edək ki, turun digər oyunlarında “Zirə” “Turan Tovuz”u (2:0), “Kəpəz” “Sumqayıt”ı (2:1) səfərdə, “Şamaxı” “Sabah”ı (2:1) evdə məğlub edib, “Səbail” – “Qəbələ” matçı heç-heçə (2:2) nəticələnib.
Premyer Liqa
XXIV tur
27 fevral (bazar ertəsi)
20:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Seymur Səlimli
“Azersun Arena”
Bizim.Media
- A-
- A
- A+
İdman
09:12 / 27.02.2023
Premyer Liqa: “Neftçi” “Qarabağ” önündə 2 illik tilsimi qırmağa çalışacaq
Hazırda oxunan: Premyer Liqa: “Neftçi” “Qarabağ” önündə 2 illik tilsimi qırmağa çalışacaq
Hazırda oxunan: Premyer Liqa: “Neftçi” “Qarabağ” önündə 2 illik tilsimi qırmağa çalışacaq
122720
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.