Dibala futboldan uzaqlaşdırıla bilər - SƏBƏBİ

Hazırda oxunan: Dibala futboldan uzaqlaşdırıla bilər - SƏBƏBİ

121995

"Roma"nın hücumçusu Paulo Dibala sabiq klubu "Yuventus"la gizli razılaşmaya görə bir ay müddətinə futboldan uzaqlaşdırıla bilər. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu gün polis bu məsələyə görə Dibalanı dindirib. 

Bildirilib ki, İtaliya prokurorluğu 2020-ci ildə koronavirus pandemiyası zamanı futbolçuların maaşlarını azaltmaq üçün “Yuventus”un maliyyə fırıldaqçılığı ilə bağlı işin araşdırılmasını davam etdirir.

Müstəntiqlərə görə, Turin klubunun əvvəlcə bildirdiyi kimi, Dibala həmin dövr üçün maaşdan imtina etməyib, lakin ödənişi təxirə salmağa razılaşıb və sonradan 1,9 milyon avroluq iki ödəniş şəklində tələb olunan məbləği alıb. 

İtaliyanın İdman Ədaləti Məcəlləsinə əsasən, klublara bu şəkildə təzminat ödəmək qadağandır. Oyunçular həmçinin bu cür kompensasiyaları qəbul edə bilməzlər. Əgər belə qayda pozuntusu qeydə alınarsa, həmin futbolçu ən azı bir ay müddətinə futboldan kənarlaşdırılacaq. 
Bundan əvvəl İtaliya Futbol Federasiyasının qərarına əsasən, "Yuventus" futbolçuların maaşları ilə bağlı maliyyə saxtakarlıq etdiyinə görə komandanın A Seriyasında 15 xalı silinib. Qeyd edək ki, Dibala 2015-2022-ci illərdə "Yuventus"un formasını geyinib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin