"Gent"in baş məşqçisi: “Qarabağ”ı keçmək çətin olacaq”

Hazırda oxunan: "Gent"in baş məşqçisi: “Qarabağ”ı keçmək çətin olacaq”

121989

"Gent"in baş məşqçisi Heyn Vanhazebruk Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la evdə keçirəcəkləri cavab oyunu barədə danışıb.  

Bizim.Media xəbər verir ki, o, "Qarabağ"a qarşı cavab oyununun çətin olacağını və ilk matçdakından daha diqqətli davranmalı olduqlarını deyib:  

"Növbəti mərhələyə keçmək istəyiriksə, son zərbələr zamanı daha dəqiq olmalıyıq. İlk oyunda qapıya kifayət qədər zərbə endirə bilmədik.

Bu, o qədər də yaxşı deyil. Çərçivəyə düşə bilmirsənsə, qol olmayacaq. Rəqib bizdən 2 dəfə çox qol epizodu yaratdı. Cavab oyununda daha yaxşı oynamalıyıq. Bunun keyfiyyətlə əlaqəsi var. Demirəm ki, bizdə bu amil çatışmır. Sadəcə, fürsət düşəndə istifadə etməlisən. "Qarabağ"a qarşı cavab oyunu çətin olacaq. Rəqibə bu keyfiyyətə sahib olduğumuzu göstərməli və heç olmasa onların qapıçısını işləməyə məcbur etməliyik. "Qarabağ" son çempionat matçında bizə qarşı oynamış 11 futbolçudan 9-na istirahət vermişdi. Biz isə hazırda bunu edə bilmirik. Bu, ağır zədə yükü ilə bağlıdır. Üstəlik, çoxdandır komandanın effektivliyi yoxdur. İki komandanın statistikasını müqayisə etsək, bu, daha aydın görünər". 

Baş məşqçi bildirib ki, seçmə mükafatında 600 min avrodan əlavə, klub üçün idman əhəmiyyəti və nüfuzu da var:

“Məqsədimiz ilk növbədə Avropa Liqasına vəsiqə qazanmaq idi, buna nail ola bilmədik, amma bilirdik ki, təhlükəsizlik şəbəkəmiz var idi. Sonra məqsədimiz Konfrans Liqasında qışlamaq idi. Biz buna artıq nail olmuşuq, lakin indi qarşımıza yeni hədəflər qoyuruq. Keçən il 1/8 finalda mübarizədən kənarlaşdırıldığımız vaxtdan daha yaxşı işləmək istərdik. Ona görə də sabah davam etməliyik”.  
Qeyd edək ki, sabah keçiriləcək "Gent" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin