Ronaldo əsəbiləşib mətbuat konfransını tərk etdi...

Hazırda oxunan: Ronaldo əsəbiləşib mətbuat konfransını tərk etdi...

121903
"Real"ın hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/8 finalında qarşılaşacaqları "Roma" ilə oyunöncəsi jurnalistlərin suallarını cavablandırıb.

Portuqaliyalı futbolçu "niyə səfər matçlarında az qol vurursan?" sualına əsəbiləşərək belə cavab verib:

"Real"a gəlişimdən sonra səfərdə məndən çox qol vuran futbolçu deyə bilərsiniz? Bilməzsiniz? Belə futbolçu yoxdur".

Sualı cavablandırdıqdan sonra mətbuat konfransını tərk edən Ronaldonun bu hərəkətini "Real"ın baş məşqçisi Zinəddin Zidan gülüşlə qarşılayıb.

Qeyd edək ki, bu axşam keçiriləcək "Roma" - "Real" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.(qol.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin