Rumıniya millisinin üzvü "Beşiktaş"a keçdi

Hazırda oxunan: Rumıniya millisinin üzvü "Beşiktaş"a keçdi

121130

"Beşiktaş" heyətinə yeni oyunçu qatıb. 

Bizim.Media xəbər verir ki, dəhşətli zəlzələyə görə Super Liqanın qalan hissəsində çıxış etməyəcəyi dəqiqləşən “Qaziantəp”in üzvü, Rumıniya yığmasının yarımmüdafiəçisi Aleksandru Maksim icarəyə götürülüb.  

Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.  

32 yaşlı vinger 2020-ci ildən “Qaziantep”də çıxış edirdi. O, Super Liqa təmsilçisində 115 oyuna 43 qol vurub. Təcrübəli oyunçu “Espanyol”, “Badalona”, “Panduri”, “Ştutqart və “Maynts”da da oynayıb, Rumıniya millisində 55 oyuna 6 qol vurub.  

Qeyd edək ki, eyni zamanda “Beşiktaş” braziliyalı yarımmüdafiəçisi Jozef de Souza ilə də yollarını ayırıb. Braziliyadan olan 34 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, bundan sonrakı karyerasını Çinin “Beijing Guoan” klubunda davam etdirəcək.
Souza 2020-ci ildən oynadığı “Beşiktaş”da 88 oyuna 9 qol vurub. Yarımmüdafiəçi 2015-2018-ci illər aralığında “Fənərbaxça”nın da uğurları üçün çalışıb. Onun oynadığı komandalar arasında “Vasko da Qama”, “Portu”, “Qremio”, “San Paulo”, “Əl-Əhli” də var. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin