Bir neçə gün əvvəl Rusiyanın “Şinnik” və Ukraynanın “Minaj” klubunun futbolçuları arasında başa verən əlbəyaxa davanın videosu yayılıb.
Bizim.Media xəbər verir ki, Antalyada yerləşən otellərin birində yaşanana dava rus futbolçulardan birinin hotel əməkdaşına qarşı kobud davranması nəticəsində baş verib.
Ukraynalı idmançının buna irad bildirməsindən qəzəblənən rus futbolçular ona gözlənilmədən qəfil zərbələr endirib. Bundan sonra isə kütləvi dava olub.
Qeyd edək ki, davada bir neçə futbolçuda sınıq əmələ gəldiyi bildirilib.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media