Yunan-Roma güləşi üzrə millimiz Xorvatiyada təlim-məşq toplanışı keçir – VİDEO

Hazırda oxunan: Yunan-Roma güləşi üzrə millimiz Xorvatiyada təlim-məşq toplanışı keçir – VİDEO

120914

1-5 fevral tarixlərində keçirilən “Zaqreb Open” turnirində iştirak etdikdən sonra bu ölkənin paytaxtını tərk edən yığmamız Poreç şəhərinə yollanıb. 

Bizim.Media xəbər verir ki, burada Xorvatiya, Finlandiya, Özbəkistan, Litva, Danimarka, Niderland, Çexiya, İsveç, Qazaxıstan, Estoniya, Almaniya, Macarıstan, Fransa, ABŞ, Yaponiya, Bolqarıstan, Çin, İsveçrə, Polşa, Əlcəzair, Rumıniya, Avstriya və Norveç komandalarıyla birgə təlim-məşq toplanışına start verilib.  

24 ölkənin güləşçilərinin qatıldığı toplanış əsasən taktiki-texniki çalışmalar üzərində qurulub.

Hazırlıq prosesində millinin 20 üzvü iştirak edir. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov, Nihat Məmmədli (hər ikisi 60 kq), Taleh Məmmədov, Ziya Babaşov (hər ikisi 63 kq), Həsrət Cəfərov, Həsən Məmmədli (hər ikisi 67 kq), Ülvü Qənizadə, Qurban Qurbanov (hər ikisi 72 kq), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq), Tuncay Vəzirzadə (82 kq), İslam Abbasov, Məhəmməd Əhmədiyev (hər ikisi 87 kq), Arif Niftullayev, Murat Lokyayev, Zamir Maqomedov (hamısı 97 kq), Beka Kandelaki, Sabah Şəriəti və Sərxan Məmmədov (hamısı 130 kq) toplanışda yer alıb.  

Titullu güləşçilərimizdən Rafiq Hüseynov (82 kq) isə bərpa prosesini Bakıda davam etdirir.

Qeyd edək ki, fevralın 20-dək davam edəcək təlim-məşq toplanışı qarşıdan gələn U-23 və böyüklərin Avropa çempionatlarına hazırlıq xarakteri daşıyır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin