Türkiyə millisinin sabiq üzvü İlhan Mansız qardaş ölkədə baş verən zəlzələdən zərərçəkənlərə dəstək olmaq üçün DÇ-2002-nin 1/4 finalında Seneqalla matçda geyindiyi formanı hərraca çıxarıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesablarında yazıb.
O, formanın ilkin qiymətinin 1 milyon türk lirəsi olduğunu bildirilib. Forma satışından əldə olunan gəlir zərərçəkənlərə dəstək üçün ayrılacaq.
Qeyd edək ki, İ.Mansız DÇ-2002-nin 1/4 finalında Seneqalla matçın əlavə vaxtında "qızıl qol" vurub.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:24 / 15.02.2023
İlhan Mansız formasını 1 milyona hərraca çıxardı
Hazırda oxunan: İlhan Mansız formasını 1 milyona hərraca çıxardı
Hazırda oxunan: İlhan Mansız formasını 1 milyona hərraca çıxardı
120692
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.