Gövhər Beydullayeva ardıcıl ikinci dəfə Azərbaycan çempionu oldu

Hazırda oxunan: Gövhər Beydullayeva ardıcıl ikinci dəfə Azərbaycan çempionu oldu

120473

Qadın şahmatçılar arasında Azərbaycan çempionatında sonuncu - XI turun görüşləri keçirilib.  

Bizim.Media xəbər verir ki, son turda Nərmin Abdinova Xanım Balacayeva ilə heç-heçə oynayıb.  

Gülnar Məmmədova Ayan Allahverdiyevanı, Türkan Məmmədyarova Nurtən Nuriyevanı, Xəyallə Abdulla Ləman Hacıyevanı üstələyib.  
Liderlər qrupunda qərarlaşan Gövhər Beydullayeva ağ fiqurlarla Zeynəb Məmmədyarovanı məğlub etməklə birinci yeri təmin edib.  

Beləliklə, 11 turda 7,5 xal toplayan Gövhər Beydullayeva ardıcıl ikinci dəfə Azərbaycan çempionatının qalibi olub. Aktivində 7 xal olan Xanım Balacayeva ikinci yeri tutub. Son turda istirahət edən Səbinə İbrahimova 6,5 xalla üçüncü pillədə qərarlaşıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin