14 fevral 2023-cü ildə Azərbaycan Cüdo Federasiyasının təşəbbüsü ilə Azərbaycana səfər edən Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının ekspertləri yeniyetmə və gənc qızlardan ibarət milli yığma komandanın üzvləri üçün ustad dərsi keçiblər.
Bizim.Media xəbər verir ki, dərs BCF Akademiyasının ekspertləri Mesut Kapan və Tina Trestinyak (Rio 2016 Yay Olimpiya Oyunlarının qızıl medalçısı) tərəfindən keçirilib.
Olimpiya çempionu Tina Trestinyak bir sıra cüdo texnikasını, xüsusilə də beynəlxalq turnirlərdə və Olimpiya Oyunlarında istifadə edərək qalib gəldiyi fəndləri idmançılara nümayiş edib.
Olimpiya çempionunun sözlərinə görə, idmançılar sırasında potensiallı böyük olan qızlar var və onlar təcrübə toplayaraq, gələcəkdə daha da peşəkar idmançı olacaqlar və beynəlxalq səviyyədə nəticə əldə edəcəklər.
Ekspertlər cüdo fəndlərinin idmançılar tərəfindən düzgün yerinə yetirilməsinə nəzarət ediblər.
Rəşad Rafiqoğlu, Bizim.Media