“Kəpəz” rəhbərliyi Tərlan Əhmədovla bağlı qərar verdi

Hazırda oxunan: “Kəpəz” rəhbərliyi Tərlan Əhmədovla bağlı qərar verdi

120278

“Kəpəz”də klubdaxili iclas keçirilib. 

İclasda komandanın son turlardakı uğursuz nəticələri müzakirə olunub.  

Bizim.Media xəbər verir ki, rəhbərlik baş məşqçi Tərlan Əhmədovu postunda saxlamağa qərar verib.  

Əhmədova daha bir neçə tur şans vermək məqsədəuyğun hesab edilib. Qarşıdakı matçlarda qeydə alınacaq nəticələrdən asılı olaraq, onun komandadakı gələcəyinə aydınlıq gələcək.

"Kəpəz"in son turlardakı uğursuz çıxışına görə azarkeşlər baş məşqçini istefaya səsləyir.

Gəncə klubu 22 turdan sonra 14 xalla Premyer Liqanın turnir cədvəlində sonuncu - 10-cudur. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin