Son günlərdə Türkiyədə baş verən dəhşətli zəlzələ bütün dünyanı şoka saldı. Təbii fəlakət nəticəsində on minlərlə insanın həlak olması, 100 minə qədər insanın isə yaralanması qardaş ölkə kimi Azərbaycan xalqını da təsirləndirdi. Qardaş ölkənin xoş günlərində olduğu kimi çətin günlərində də dövlətimiz və xalqımız Türkiyənin yanında oldu, onlara həm mənəvi, həm də maddi dəstəkdən günü bu günə kimi vaz keçmədi.
Bu kampaniyaya Azərbaycanın idman ictimaiyyəti də fəal surətdə qoşulub.
Futbol klublarımız, idman federasiyalarımız, müxtəlif idman xadimlərimiz çətin günlərdə Türkiyə xalqının dərdinə şərik olur, onları acısını paylaşırlar. Üstəlik, ölkəmizdə keçirilən bütün idman yarışlarında zəlzələ qurbanlarının xatirəsi yad olunur, oyunçular meydana qarı sarğı ilə çıxır, azarkeşlər isə xüsusi bannerlərlə qardaş ölkəyə dəstək olaraq onlarla həmrəy olduqlarını nümayiş etdirməyə çalışır.
Bir sözlə bu çətin günlərdə Türkiyənin acısını, acımız bildik, onların dərdinə şərik olmağa çalışdıq.
Düzdür, zələzələyə görə Türkiyədə bütün idman yarışları dayandırılıb. İctimai tədbirlər keçirilmir. Hazırda bütün ölkənin başı dağıntılar altından mümkün qədər çox salamat insan çıxartmaq, ev eşiklərini itirmiş insanlara yardım göstərməyə qarışıb. Amma xalqlarımız həmişə çətin günlərdə bir-birinin yanında olub. Burada söhbət həm də mənəvi dəstəkdən gedir. Bu çətin günlər həm də avrokuboklarda “Qarabağ”ın konfrans liqasında “Gent”lə keçiricəyi ilk oyunla üst-üstə düşür.
3 il əvvələ qayıtsaq, 44 günlük vətən müharibəsində Türkiyə həm dövlət həm xalq olaraq Azərbaycanın yaynında oldu, 30 il düşmən tapdağında olan torpaqlarımızın azad olunmasında, Qarabağda üçrəngli bayrağımızın daığalanmasında böyük dəstək nümayiş etdirdi.
Üstəlik, müharibə gedən günlərdə Azərbaycanda oynamağa qadağa qoyulduğundan “Qarabağ” da ev oyunlarını keçirmək üçün məhz qardaş ölkəni seçdi.
Bu günlər isə hər yerdə olduğu kimi minlərlə azarkeşin toplaşacağı “Qarabağ”-“Gent” oyununda da Türkiyəyə dəstək nümayiş etdirmək, həmrəy olmaq vaxtıdır. Çünki Ağdam klubunun qardaş ölkədə də çoxlu azarkeşləri var. Və bu görüşdə Türkiyəyə göstəriləcək mənəvi dəstək, veriləcək qardaşlıq mesajları az da olsa ölkə xalqının yarasına məlhəm olub, onlara təsəlli ola bilər.
Oyun televiziya ilə bütün dünyaya nümayiş olunacağından əziz futbolsevərlər, bayraqlarımızı götürərək stadiona axışaq, doğma Türkiyəmizə dəstək olaq! “Qarabağı”mızı meydanda yalnız buraxmayaraq bir daha əyani şəkildə göstərək – Yanındayıq Türkiyə! Acın Acımız, dərdin dərdimizdir, türkün gücü isə salsılmazdır.
Xatırladaq ki, “Qarabağ”-“Gent” oyunu Türkiyədə zəlzələ nəticəsində həlak olmuş insanların xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
14:55 / 13.02.2023
Fevralın 16-da HAMI STADİONA - “Qarabağ”ı dəstəkləyək, Türkiyə ilə həmrəy olaq!
Hazırda oxunan: Fevralın 16-da HAMI STADİONA - “Qarabağ”ı dəstəkləyək, Türkiyə ilə həmrəy olaq!
Hazırda oxunan: Fevralın 16-da HAMI STADİONA - “Qarabağ”ı dəstəkləyək, Türkiyə ilə həmrəy olaq!
120183
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.