Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Həftənin ən maraqla gözlənilən oyunu İspaniyada gerçəkləşəcək. “Barselona” Fransa çempionu PSJ-ni qəbul edəcək. Hər iki komanda oyuna ciddi itkilərlə çıxacaq.
Kataloniya təmsilçisinin heyətində Jerar Pike, Serxio Roberto, Martin Breytueyt, Ansu Fati və Filippe Koutinyonun zədəyə görə oynamayacağı dəqiqdir.
Paris klubunda isə Kolin Daqba, Neymar və Anxel Di Maria eyni səbəbdən meydana çıxmayacaq. Rafinyanın isə görüşdə iştirakı sual altındadır.
Günün ikinci qarşılaşmasında İngiltərə "Liverpul"u Almaniya "Leyptsiq"inin qonağı olacaq.
Koronavirusa görə, qarşılaşma Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da oynanılacaq.
Meydan sahiblərində Benyamin Henriks, Konrad Laymer və Emil Forsberq zədəlidir. Mersisayd təmsilçisində isə Vircil van Deyk, Co Qomes, Fabinyo, Nabi Keyta və Diequ Jota zədəli olduqları üçün komandalarına kömək edə bilməyəcək.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
16 fevral
24:00. “Leyptsiq” (Almaniya) – “Liverpul” (İngiltərə)
24:00. “Barselona” (İspaniya) - PSJ (Fransa)
Qeyd edək ki, 1/8 finalın digər iki oyunu sabah keçiriləcək.
Portu Portuqaliyada İtaliya "Yuventus"unu, "Sevilya" isə İspaniyada "Almaniya"nın “Borussiya” (Dortmund) komandasını qəbul edəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:05 / 16.02.2021
Çempionlar Liqası: "Barselona" PSJ ilə qarşılaşacaq
Hazırda oxunan: Çempionlar Liqası: "Barselona" PSJ ilə qarşılaşacaq
Hazırda oxunan: Çempionlar Liqası: "Barselona" PSJ ilə qarşılaşacaq
11978
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.